SON XƏBƏRLƏR

İranlı nazir: “Ölkənin neft sənayesinin 100 milyard dollar xarici sərmayəyə ehtiyacı var”

2021.10.20, 07:36
İranlı nazir: “Ölkənin neft sənayesinin 100 milyard dollar xarici sərmayəyə ehtiyacı var”

Gunaz.tv
 GünAzTV: İranın neft naziri Bijən Namdar Zəngənə oktyabrın 4-də jurnalistlərə açıqlamasında ölkənin neft sənayesinin xarici sərmayəyə ehtiyacından danışıb.

Bijən Zəngənə bildirib ki, İran, ölkənin neft sənayesinə və neftin istehsalı sahəsinə sərmayə qoymaq istəyən istənilən xarici şirkətlə əməkdaşlığa hazırdır: “Lakin bu işdə bizimlə əməkdaşlığa girən hər bir xarici şirkət bir iranlı şirkətlə şərik olmalıdır, onunla birlikdə fəaliyyət aparmalıdır”.

Bijən Zəngənənin bu açıqlamasından bir gün əvvəl, İran Milli Neft Şirkətinin icraçı direktoru Əli Kardər jurnalistlərə bildirmişdi ki, İranın dini lideri Əli Xamneyi, ölkədə gündəlik istehsal edilən xam neftin həcminin gələcəkdə 5 milyon 700 min barelə çatdırılması barədə göstəriş verib.

Neft sənayesi üzrə ekspertlərin bildirdiyinə görə, ölkə neftinə qoyulan beynəlxalq sanksiyalar və xarici neft şirkətlərinin İranla əməkdaşlıqdan imtina etməsi, İranın neft sənayesinə milyardlarla dollar ziyan vurub.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar