SON XƏBƏRLƏR

İranın Daxili İşlər Nazirliyi Möhsün Rzayinin “tutulan İŞİD”çilərlə bağlı dediklərini təkzib edib

2021.10.20, 07:36
İranın Daxili İşlər Nazirliyi Möhsün Rzayinin “tutulan İŞİD”çilərlə bağlı dediklərini təkzib edib

Gunaz.tv
 GünAzTV: İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfüqari oktyabrın 2-də jurnalistlərə açıqlamasında Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayinin ölkədə iki intiharçı İŞİD-çinin tutulması ilə bağlı son bəyanatını təkzib edib.

Möhsün Rzayi bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, Tehranın cümə namazı mərasimində bomba qoymağa, intihar əməliyyatı keçirməyə cəhd göstərən 2 İŞİD-çi tutulub.

İranın Daxili İşlər Nazirliyinin rəsmisi Hüseyn Zülfüqari deyib ki, onlarda həmin iki intiharçının həbs olunması barədə hər hansı bir məlumat yoxdur: “Tehranın cümə namazı mərasimində intihar əməliyyatı keçirmək istəyən 2 İŞİD-çinin tutulması barədə bizə hər hansı bir məlumat daxil edilməyib. İla bilsin ki, uzaq keçmişlərdə belə bir hallar olub. Lakin bu haqda yeni bir xəbərimiz yoxdur”.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar