SON XƏBƏRLƏR

Daha bir iranlı axund Qum şəhərində konsertlərin keçirilməsinə qarşı çıxıb

2021.10.20, 07:36
Daha bir iranlı axund Qum şəhərində konsertlərin keçirilməsinə qarşı çıxıb

Gunaz.tv
 GünAzTV: Qum dini dairəsinin axundu, “Elmiyyə” Hövzəsinin Müdərrislər (müəllimlər) Camiəsinin rəhbəri, axund Məhəmməd Yəzdi oktyabrın 2-də qatıldığı bir tədbirdə Qum şəhərində musiqi konsertlərin keçirilməsinə müxalif olduğunu bildirib.

Axund Məhəmməd Yəzdi İranın islami irşad və mədəniyyət naziri Əli Cənnətini Məşhəd və Qum kimi dini şəhərlərdə konsert keçirilməsinə icazə verdiyinə görə kəskin tənqid edib: “Təəssüflər olsun ki, İrşad və Mədəniyyət Nazirliyinin əksər proqramları və atdığı addımlar “münkərat”a (pis və batil şeylərə) söykənir. Bu isə qəbuledilməzdir. Hesab edirəm ki, irşad naziri də öz siyasətinə yenidən baxmalı, fiqhi məsələlərə qarışmamalıdır”.

Axund Yəzdi bildirib ki, o, Qum şəhərində keçirilmiş bir konsertin videosuna baxıb ordakı bəzi “ayıb” səhnələri gördükdən sonra belə bir bəyanat verməyə qərar verib.

Xatırladaq ki, sentyabrın 29-da daha bir İranlı axund,  Lütfülla Safiq Qolpayeqani ölkənin “Əmr be məruf və Nəhy əz münkir” (yaxşı işlərə təşviq etmək və pis işlərdən çəkindirmək) qərargahının rəhbəri ilə görüşərək Qum şəhərində hər hansı bir konsertin keçirilməsinin qarşısının alınmasını tələb etmişdi: “Qum şəhərində heç bir konsert keçirilməməlidir. Siz bunun qarşısını alıb İmam Zamanın ürəyini sevindirməlisiniz. Hesab edirəm ki, Qum şəhərinin hörmət və ehtiramı saxlanılmalı, bu xüsusda susmamalısınız”.

Bundan əvvəl həmçinin Məşhədin cümə namazının rəhbəri axund Əhməd Ələmülhüda bu şəhərdə icazəli konsertlərin keçirilməsinə qarşı çıxaraq buna heç vaxt imkan verməyəcəyini bildirmişdi.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar