SON XƏBƏRLƏR

İran rəsmisi: “Biz tam iftixarla Livan “Hizbullah”ına dəstək veririk”

2021.10.20, 07:36
İran rəsmisi: “Biz tam iftixarla Livan “Hizbullah”ına dəstək veririk”

Gunaz.tv
 GünAzTV: İran parlamenti sədrinin beynəlxalq məsələlər üzrə özəl köməkçisi Hüseyn Əmir Abdullahiyan, ABŞ dövlət katibi Con Kerrininin Tehranın regionda yürüdüyü siyasətinə toxunan son bəyanatına reaksiya verərək, ölkəsinin Livan “Hizbullah”ına dəstəyinin davam ediləcəyindən danışıb.

Bir neçə gün əvvəl Con Kerri ölkəsinin rəsmi İranın bir sıra region ölkələrinin daxili işlərinə qarışmasından və adı terrorçu qruplar siyahısında olan Livan “Hizbullah”ına hərtərəfli yardımından narazı qaldıqlarını dilə gətirib: “İranın bölgədə həyata keçirdiyi bəzi şeylər var ki, narahatlıq doğurur və biz ona qarşıyıq. Biz, İranın Yəmən və Suriyanın daxili işlərinə qarışmasından və Livan “Hizbullah”ına dəstək verməsindən narazıyıq”.

Abdullahiyan sentyabrın 30-da “Fələstindəki yeni intifazənin 3-cü ildönümü” ilə bağlı Tehranda keçirilən bir mərasimdə çıxış edərək Amerikanı Yəmənin və Suriyanın daxili işlərinə müdaxilə etməkdə və bu iki ölkədə yaşanan böhranın siyasi yollarla həllinə mane olmaqda günahlandırıb: “Bölgədə təhlükəsizlik məsələsi ilə bağlı mövcud mürəkkəb problemlərin yaranmasının, eləcə də İŞİD-in ortaya çıxmasının əsas amili Amerika və onun regiona hərbi müdaxiləsidir. Tehran regionda sabitliyin qorunub saxlanılmasına yardım işində və terrorizmə qarşı mübarizədə həmişə  ən konstruktiv siyasəti yürüdüb. Biz, tam iftixarla Livan “Hizbullah”ına dəstək verir və bu dəstəyimizi davam etdirəcəyik”.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar