SON XƏBƏRLƏR

İranda 7 yaşlı qız uşağının qatili ictimaiyyət qarşısında edam edilib

2021.10.20, 07:36
İranda 7 yaşlı qız uşağının qatili ictimaiyyət qarşısında edam edilib

Gunaz.tv
 GünAzTV: İranın Neyşabur şəhərində Kiyana Sadat Hüseyni adlı 7 yaşlı qız uşağını oğurlayıb zorladıqdan sonra qətlə yetirən 37 yaşlı qatil ictimaiyyət qarşısında edam edilib.

Soyadı ixtisarla mediaya açıqlanan Mehdi adlı qatil, boğub qətlə yetirdiyi qızın bibisinin əri olub. O, məişət zəminindəki şəxsi ixtilaflara görə intiqam almaq məqsədilə iki həftə əvvəl qızcığazı oğurladıqdan sonra şəxsi mənzilinə aparmış, onu zorladıqdan sonra qətlə yetirmişdi. Qatil, cinayəti törətdikdən sonra qızın cəsədini gizli şəkildə onun atasının bağına aparıb basdırmışdı. Cinayətkar törətdiyi cinayətdən iki gün sonra tutulmuşdu.

Cinayətin həssaslığını nəzərə alan Neyşabur məhkəməsi, qatilin işinə növbədənkənar baxaraq onu ölümə məhkum etmişdi. Qatil, sentyabrın 30-u sübh saatlarında İranın Neyşəbur şəhərinin mərkəzi küçələrindən birində ictimasiyyət qarşısında dara çəkilib.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar