SON XƏBƏRLƏR

“Traxtur” İran kubokunun 1/16 final mərhələsinə yüksəldi

2021.10.20, 07:36
“Traxtur” İran kubokunun 1/16 final mərhələsinə yüksəldi

Gunaz.tv
GünAz TV: Təbrizin “Traxtur” futbol takımı Yasucun “Fulad” komandasını məğlub edərək İran kubokunun (cam-i həzfi) 1/16 final mərhələsinə yüksəlib.

Təbriz və Yasuc komandaları ölkə kubokunun 1/32 final görüşləri çərçivəsində sentyabrın 30-da yerli vaxtla saat 15:00-da “Traxtur”un xüsusi stadionunda qarşılaşıblar.

2:0 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşan oyunun 47 dəqiqəsində Məhəmməd İranpuryan, 70-ci dəqiqəsində isə Məhəmməd İbrahimi qol vurublar.

Bu qələbədən sonra “Traxtur” İran kubokunun 1/16 final mərhələsinə yüksəlib.

Azərbaycan komandası 1/16 final mərhələsində “Mələvan”ın rəqibi kimi çıxış edəcək.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar