SON XƏBƏRLƏR

Dünya liderləri Şimon Peresin dəfn mərasimində

2021.10.20, 07:36
Dünya liderləri Şimon Peresin dəfn mərasimində

Gunaz.tv
GünAz TV: Dünya liderləri İsrailin keçmiş prezidenti Şimon Peresin dəfnində iştirak etmək üçün İsraildə səfərdədirlər.

Kütləvi informasiya vasitələrində yayılan məlumata görə, onların arasında Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Con Kerri, prezident Obama, Fransa lideri Fransua Olland, Ukrayna prezidenti Petro Poroşenko, Meksika dövlət başçısı Enrique Pena Nieto,  İordaniyanın baş nazir müavini Cavad əl-Anani, Misirin xarici işlər naziri Samah Shoukry və şahzadə Çarlz da var.

Dünən gözlənilməz şəkildə Fələstin lideri Mahmud Abbas da dəfn mərasimində iştirak edə bilmək üçün İsrail tərəfinə müraciət etmişdi və müsbət cavab almışdı.

Azərbaycandan tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev təmsil olunur.

Türkiyəni isə Ankaranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfiri Fridun Sinirlioğlunun təmsil edəcəyi bildirilir.

Dəfn mərasimi İsrail vaxtı ilə saat 14.30-da başlayacaq.

Qeyd edək ki, Şimon Peres sentyabırn 28-də 93 yaşında vəfat edib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar