SON XƏBƏRLƏR

Erməni təxribatının qarşısı alındı

2021.10.20, 07:36
Erməni təxribatının qarşısı alındı

Gunaz.tv
GünAz TV: Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın əməkdaşları tərəfindən Vikipediyanın ingilis dilində olan bölməsində Bakı haqqında məqalədə baş verən təxribatın qarşısı alınıb.

Azərbaycan mətbuatının yaydığı məlumata görə, məqalədə Bakının tarixi, mədəniyyəti və ictimai həyatı ilə bağlı ümumi məlumatlar verilib. Məqalənin Bakıda yaşamış görkəmli şəxslər bölməsində (Notable residents) 10 şəxsin təsviri var idi. Məqalənin ilkin formasında qərəzli şəkildə ancaq ermənilər göstərilmişdir. Edilən müdaxilə nəticəsində bu əlavələr ləğv edilib və məqalənin əvvəlki forması bərpa olunub.

Qeyd etmək lazımdır ki, Azərbaycanın tarixi,mədəniyyəti və ictimai həyatı ilə bağlı olan məqalələr gündəlik şəkildə Ermənistandan olan istifadəçilərin qərəzli müdaxilələrinə məruz qalmaqdadır.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar