SON XƏBƏRLƏR

Tehran və Qəzvin şəhərciklərində fəhləlik eləmək Aszərbaycan əhalisinə yaraşmır – Nadir Qazipur

2021.10.20, 07:36
Tehran və Qəzvin şəhərciklərində fəhləlik eləmək Aszərbaycan əhalisinə yaraşmır – Nadir Qazipur

Gunaz.tv
GünAz TV: Güney Azərbnaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Urmiyədə qatıldığı tədbirdə Urmu Gölünü Canlandırma Mərkəzinin fəaliyyətlərini kəskin tənqid edərək bu qurumu kənd təsərrüfatının qatili adlandırıb.

“Qərbi Azərbaycan Vilayətinin bir neçə nöqtədə su mənbəyi var, lakin bütün vilayət sanki qadağan edilmiş səhra elan olunub. Qərbi Azərbaycan Vilayətinin şimal hissəsi Xəzər dənizi, cənub hissəsi isə körfəz hövzəsi sayılır və bu məntəqənin Urmu gölü ilə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq qeyd etdiyim  məntəqələrdə də su problemi yaşanır. Vilayətin sənaye sahəsi üçün bir damla belə su verilmir. Halbuki sənaye məhsullarının istehsalı üçün su gərəkir. Hazırda Qərbi Azərbaycanda 3000 su quyusu ləğv edilir və bunun nəticəsində işsizlərin sayı artır. Vurğulamalıyam ki, Tehran və Qəzvin şəhərciklərində fəhləlik eləmək Azərbaycan əhalisinə yaraşmır”- deyə millət vəkili parlamentin kənd təsərrüfatı, ətraf-mühit və təbii qaynaqlar komissiyası üzvlərinin Qərbi Azərbaycanın yerli məsulları ilə keçirdiyi iclasda bildirib.

N.Qazipur əlavə edib ki, hazırda Qərbi Azərbaycanda kənd təsərrüfatı ixtisası üzrə ali təhsil almış 17 min nəfər işsizdir.

Millət vəkili Qərbi Azərbaycan Kənd Təsərrüfatı Təşkilatının fəaliyyətini də ayrıca tənqid edib. “Təəssüflər olsun ki, bölgədə bu təşkilat tərəfindən hətta bir istixana (gülxana) da yaradılmayıb ki, əhali ondan istifadə etsin. Təşkilatın bu vəziyyətdə fəaliyyət göstərməsi qəbulolunmazdır”- deyə o vurğulayıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar