SON XƏBƏRLƏR

Urmiyada biri qadın olmaqla daha 8 adam edam edilib

2021.10.20, 07:36
Urmiyada biri qadın olmaqla daha 8 adam edam edilib

Gunaz.tv
 GünAzTV: İranda narkotik maddələrin alqı-satqısı və qaçqmalçılığında günahlandırılan daha 8 adam edam edilib. Edam edilənlərdən biri qadındır.

Ölüm hökmünün icrasına hazırlıq üçün bir gün əvvəldən təkadamlıq kameralara köçürülən məhbuslar Behnam Pirkuzadeqan, İsmayıl Əyyubi, Kərəm Kelşi, Qadir Mahmudi, Əfəndi Öməri, Krit Əbdülzadə, Fərhad Məleki və məhbus qadın Mülük Nuri, sentyabrın 29-da İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya zindanında dar ağacından asılıb.

Son illər İranda edamların sayının kəskin artması, beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hakimiyyəti, dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, Çindən sonra ikinci yeri tutur.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar