SON XƏBƏRLƏR

İranlı axund Qum şəhərində konsert keçirilməsinin qarşısının alınmasını tələb edib

2021.10.20, 07:36
İranlı axund Qum şəhərində konsert keçirilməsinin qarşısının alınmasını tələb edib

Gunaz.tv
 GünAzTV: Qum dini dairəsinin axundu, Lütfülla Safiq Qolpayeqani sentyabrın 29-da ölkənin “Əmr be məruf və Nəhy əz münkir” (yaxşı işlərə təşviq etmək və pis işlərdən çəkindirmək) qərargahının rəhbəri ilə görüşərək Qum şəhərində hər hansı bir musiqi konsertlərinin keçirilməsdinin qarşısının alınmasını tələb edib.

Bundan əvvəl musiqinin ümumiyyətlə haram sayılması barədə fətva verən axund Safi Qolpayeqani deyib ki, Qum şəhərində hər hansı bir musiqi konsertinin keçirilməsi, İmam Zamanın ürəyini ağrıdır və bu iş onun şəxsiyyətinə qarşı hörmətsizlik sayılır: “Qum şəhərində heç bir musiqi konserti keçirilməməlidir. Siz bunun qarşısını alıb İmam Zamanın ürəyini sevindirməlisiniz. Hesab edirəm ki, Qum şəhərinin hörmət və ehtiramı saxlanılmalı, bu xüsusda susmamalısınız”.

Xatırladaq ki, bundan əvvəl Məşhədin cümə namazının rəhbəri axund Əhməd Ələmülhüda bu şəhərdə icazəli musiqi konsertlərin keçirilməsinə qarşı çıxaraq buna heç vaxt imkan verməyəcəyini bildirmişdi.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar