SON XƏBƏRLƏR

İran prezidenti Qəzvində türkcə yazılmış bannerlərlə qarşılandı – GÖRÜNTÜ

2021.10.20, 07:36
İran prezidenti Qəzvində türkcə yazılmış bannerlərlə qarşılandı – GÖRÜNTÜ

Gunaz.tv
GünAz TV: İran prezidenti Həsən Ruhani Güney Azərbaycanın Qərvin şəhərində türkcə yazılmış bannerlərlə qarşılandı.

Qəzvin əhalisi sentyabrın 28-də ölkə prezidentini türk dilində yazılmış bannerlərlə qarşılamaqla, türk dili və kimliyinə bağlı olduğunu bir daha nümayiş etdirərək Azərbaycan Milli Hərəkatının Azərbaycanın bütün vilayətlərinə yayıldığını da diqqət mərkəzinə gətirib.

Təhlükəsizlik qüvvələri bannerlərin stadiona aparılmasına mane olsalar da, bir neçə banner stadionun divarlarından asılıb, bəziləri isə özləri ilə apardıqları bannerləri nümayiş etdirməyi bacarıblar.

Güney Azərbaycanın Qəzvin vilayəti rejim tərəfindən həyata keçirilən şiddətli asimilasyon siyasəti ilə üz-üzə qalsa da, Azərbaycan Milli Hərəkatının xüsusi diqqəti və bölgə əhalisinin səyıqlığı nəticəsində hələ də Azərbaycan türk millətinin mənəvi dəyərlərinə sadiqlik nümayiş etdirir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar