SON XƏBƏRLƏR

V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb

2021.10.20, 07:36
V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb

Gunaz.tv
GünAz TV: Bu gün Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb.

İki gün davam edəcək Forumun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edir.

Mərasimdə prezident İlham Əliyev çıxış edəcək, Rusiya prezidenti Vladimir Putinin və Birləşmiş Millətlər Təşkilatı (BMT) rəhbərliyinin Forum iştirakçılarına müraciəti oxunacaq. Açılış mərasimində Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodets, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, UNESCO baş direktorunun müavini Qetaçyu Enqida çıxış edəcəklər.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar