SON XƏBƏRLƏR

Təbriz Avropanın önəmli şəhərləri ilə qardaşlaşır

2021.10.20, 07:36
Təbriz Avropanın önəmli şəhərləri ilə qardaşlaşır

Gunaz.tv
GünAz TV: “Gələcək aylarda Təbrizlə Avropanın bir neçə önəmli şəhəri arasında qardaşlaşma müqaviləsi imzalanacaq”. Bunu Təbriz Şəhər Şurasının rəisi, Təbrizin Petroşimi salonunda Beynəlxalq Turizm Gününə həsr olunan tədbirdə bildirib.

“2018-ci il bizim üçün Təbrizi dünya səviyyəsində bir turizm şəhəri kimi tanıtdırmağa başlanğıc olacaq. Biz çalışırıq ki,  “birincilər şəhəri” adlanan Təbriz haqq etdiyi mövqeyinə çatsın və bu məqsədə çatmaq üçün Şəhər Şurası kimi Mədəni İrs Təşkilatına da lazımi yardımları edirik. Bu istiqamətdə gələcək aylarda Avropanın bir neçə önəmli şəhəri ilə də qardaşlaşma müqaviləsi imzalamaq istəyirik”- deyə Şəhram Dəbiri qeyd edib.

Şəhər Şurasının rəisi əlavə edib ki, planlaşdırmaya görə, Təbriz 2018-ci ildə 9 milyon turisti qəbul etməyə hazır olmalıdır. Gələcək illərdə turistlərin sayı daha da arta bilər. “Son aylarda Təbrizin inkişafı üçün bir çox işlər görülüb. Bunları davam etdirmək lazımdır və bu istiqamətdə Avropanın önəmli şəhərləri ilə qardaşlaşma müqaviləsi imzalanacaq”- deyə o vurğulayıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar