SON XƏBƏRLƏR

“Sepah”ın quru qüvvələrinin komandanı 5 “İŞİD”çinin öldürülməsindən xəbər verdi

2021.10.20, 07:36
“Sepah”ın quru qüvvələrinin komandanı 5 “İŞİD”çinin öldürülməsindən xəbər verdi

Gunaz.tv

GünAzTV: “Sepah”ın quru qüvvələrinin komandanı Məhəmməd Pakpur yanvarın 28-də jurnalistlərə açıqlamasında bir gün əvvəl Kirmanşah əyalətində baş vermiş qarşıdurmada 5 “İŞİD”çinin öldürülməsindən xəbər verib.

 

Pakpur bildirib ki, yanvarın 27-si sübh saatlarında “”Sepah”ın Nəcəf qərargahı qüvvələri ilə “təkfirçi” terrorçular arasında baş verən silahlı qarşıdurma 30 saatdan çox davam edib: “Qarşıdurmada terrorçulardan 16-sı ələ keçirilib, hadisə yerindən qaçan 5 terrorçu qüvvələrimiz tərəfindən mühasirəyə alınıb. Mühasirədən çıxmağın mümkünsüz olduğunu görən terrorçulardan 3-ü  intihar kəmərini işə salaraq özünü partladıb, 2-si isə atışmada öldürülüb.

 

Qarşıdurmada yaxalanan 16 terrorçunun əksəriyyəti əcnəbi vətəndaşlardır. Hazırda bölgədə sabitlikdir və qüvvələrimiz vəziyyətə nəzarət edir.

 

Xatırladaq ki, “Sepah” qüvvələri ilə 21 nəfərdən ibarət “İŞİD” terror dəstəsi arasında silahlı qarşıdurma, yanvarın 27-si sübh saatlarında İranın İraq sərhədinə yaxın Kirmanşah əyalətinin “Səlas Babacani” məntəqəsində baş vermişdi. Hadisə nəticəsində 3 “Sepah”çı həlak olmuşdu.

 

 A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar