SON XƏBƏRLƏR

ABŞ-ın Çikaqo şəhərində Xocalıya ədalət adlı aksiya keçirildi/Şəkil və video

2021.10.20, 07:36
ABŞ-ın Çikaqo şəhərində Xocalıya ədalət adlı aksiya keçirildi/Şəkil və video

Gunaz.tv

Amerika Birləşmiş Ştatlarının İllinois ştatında yaşayan Azərbaycan İcmasının fəalları tərəfindən 25 fevral tarixində Çikaqo şəhərində “Xocalıya ədalət” adlı aksiya keçirildi. Aksiya Çikaqo vaxtı ilə saat 14.00-15.00 baş tutdu. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rəsmi çıxışlar səsləndirildi.

 

Xocalı soyqırımının anım gününə həsr edilmiş toplantıda çıxış edən İcma aktivləri soyqırımı haqqında məlumat verdilər. Aksiyada Azərbaycan və Türk icmasının nümayəndələri, tələbələr və yerli sakinlər fəallıq göstərdilər. Toplantıda Türkiyənin Çikaqoda Baş Konsulu Umut Acar və digər nümayəndələri də iştirak etdilər. İcma fəallarından Emin Safarov çıxışda Xocalı hadisələri ilə bağlı məlumatları yada saldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışıldı, daha sonra Erhan Duman Xocalı faciəsini yaşayan Durdanə Ağayevanın hekayəsini aksiya iştirakçılarına səsləndirdi. Bunlarla bərabər aksiya iştirakçıları xüsusi ilə Akif Məmmədli Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü müxtəlif şüar və posterlərlə Çikaqo sakinlərin çatdırdılar. Xocalı soyqırımının anım günü tədbiri üçün məsul şəxs Rauf Qarayev sonda təşkilatçı komanda adından tədbir iştirakçılarına birlik və dəstək nümayiş etdirdikləri üçün minnətdarlığını bildirdi.

 

İllinois Ştatında yaşayan Azərbaycan İcması

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar