SON XƏBƏRLƏR

Ərdəbildə “Muğam axşamı” adlı musiqi və şeir gecəsi keçirilib

2021.10.20, 07:36
Ərdəbildə “Muğam axşamı” adlı musiqi və şeir gecəsi keçirilib

Gunaz.tv

GünAzTV: Martın 11-də Güney Azərbaycanın Ərdəbil şəhərində “Muğam axşamı” adlı musiqi və şeir gecəsi keçirilib.

 

Ərdəbil əyalətinin incəsənət hövzəsinin təşəbbüsü ilə Şeyx Səfiyyəddin Ərdəbilinin nəzdindəki Xətai rəsm əsərləri mərkəzində keçirilən muğam musiqi axşamında, əyalətin incəsənət hövzəsinin sədri Əmir Rəcəbi çıxış edərək, muğamın insan ruhuna buraxdığı yüksək ülvi təsirindən danışıb: “Muğam dəstgahları, Azərbaycan xalqının incə duyğusundan, onun pak hissiyyatından, ölməz incəsənətindən və onun yüksək ədəbiyyat və mədəniyyətindən qaynaqlanır. Elə buna görə də, düşünürəm ki, muğam, bu torpaqda yaşayan insanların ən dəyərli mədəni irs nümunələrindən biri kimi sayılır. Çox incə şəkildə ifa olunan muğamın insan hissiyyatını oxşaması, onun ruhuna dərindən təsir buraxması danılmazdır”.

 

Mərasimdə həmçinin, Həmid Pir Nəbixah, Hüseyn Cəfəri, Mənsur Zaman Nejad,  Nasir İslami və Məcid Əsri çıxış ediblər. Tanınmış muğam ustası Vədud Müəzzinzadə isə “Sarı gəlin” mahnısını ifa edib.

 

Mərasimə qatılan digər qonaqlardan Şəhriyar Neməti, Kazım Nəzəri Bəqa, Mehdi Mirzə Rəsulzadə və Əsəd Nikfal çıxış edərək öz şeirlərini oxuyublar. Muğam axşamı, mərasimə iştirakçılarının böyük rəğbəti ilə qarşılanıb.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar