SON XƏBƏRLƏR

Tehranda azərbaycanlı araşdırmaçı Həsən Raşidinin “Öz kimliyimizə qayıdış” adlı kitabı işıq üzü görüb

2021.10.20, 07:36
Tehranda azərbaycanlı araşdırmaçı Həsən Raşidinin “Öz kimliyimizə qayıdış” adlı kitabı işıq üzü görüb

Gunaz.tv

GünAzTV: Tehranda azərbaycanlı yazıçı və araşdırmaçı Həsən Raşidinin fars dilində yazdığı “Öz kimliyimizə qayıdış” adlı əsəri çapdan çıxıb.

 

“Ava-ye monci” nəşriyyatı tərəfindən çap edilən əsərdə, “İranda türklərin aşağılıq kompleksi keçirməsinin səbəbləri”, “Öz kimliyimizə qayıdış”, “Azərbaycanın milli-mədəni fəallarını pantürkist adlandırmaq olarmı”, “Dünya türklərinin ortaq mifi (əfsanəsi), Bozqurd” və “İranda türklərin dil və mədəni haqları” adlı mövzulara yer verilib.

 

Müəllif, yazdığı əsərin bir hissəsində, şovinistlərin İran türklərinin hüquqlarını danmaq məqsədilə azərbaycanlı fəallara bölücü və pantürkist damğası yapışdırmasına toxunaraq, bunları yazır: “Azərbaycanlı fəallara qarşı atılan bu böhtanlar elə bir şəraitdə baş verir ki, çoxmillətli bir ölkə sayılan İranda, 90 ildir ki, ölkənin bütün imkanları fars dili və mədəniyyətinin inkişafına sərf edilir. Şovinistlər unudurlar ki, heç bir milləti, o cümlədən də ölkə əhalisinin əksəriyyətini təşkil edən İran türklərini, doğma dil və mədəniyyətlərini sevdiklərinə və öz ana dillərində  təhsil almaq arzusunda olmalarına görə, bölücü (separatçı) və pantürkist adlandırmaq olmaz.

 

İrandakı türk fəalların bu istəyi, nəinki böyük bir tələb sayılmır, əksinə hər bir millətin, o cümlədən də 80 milyonluq bir ölkə əhalisinin 35 milyonunu təşkil edən İran türklərinin ən ibtidai və insani haqqı sayılır”.

 

Qeyd edək ki, əsərlə maraqlanan soydaşlarımız, həmin əsəri Tehrandakı “Əndişe-ye no” kitab mağazasından əldə edə bilərlər.

 

 

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar