SON XƏBƏRLƏR

Təbrizdə 5-ci kitab mübadiləsi yığıncağı böyük rəğbətlə qarşılanıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizdə 5-ci kitab mübadiləsi yığıncağı böyük rəğbətlə qarşılanıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində keçirilən 5-ci kitab mübadiləsi yığıncağı soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Yığıncaq iyunun 21-də Eynalı dağının düşərgəsində keçirilib, “Kitab mübadiləsi” qrupunun mütaliəsevər üzvləri kitablarını bir-biri ilə paylaşıblar.

 

Məlumata görə, cəmiyyətin bütün kəsimlərinin mənsubları yaşlarından asılı olmayaraq bu qrupda təmsil olunub və kitablarını digər qrup üzvləri ilə mübadilə edə bilərlər.

 

Qrupun kitab mübadiləsi yığıncağı ilk dəfə aprel ayında Təbrizin parklarının birində keçirilib.

 

Qrup Təbrizdə kitab oxuma mədəniyyətini daha çox yaymaq məqsədi ilə təşkil olunub, qrup üzvlərinin sayı gün keçdikcə artır. Soydaşlarımızın təqdirəlayiq tədbiri bütün mütaliəsevər insanlarımızın böyük sevincinə səbəb olub.

 

Məlumata görə, qrup üzvləri kitablarının görüntüsünü digər üzvlərə göstərir, maraqlananlar həmin kitabı əmanət kimi sifariş edirlər.

 

Onlar iki həftədən bir öncədən təyin olunmuş məkanlarda görüşürlər.

 

Qrup üzvləri təhvil aldıqları kitabı oxuduqdan sonra sahibinə geri qaytarır, bu, etimad əsasında baş verir.

 

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar