SON XƏBƏRLƏR

ATƏT Rafiq Tağının ölümü İlə bağlı bəyanat yayıb

2021.10.20, 07:36
ATƏT Rafiq Tağının ölümü İlə bağlı bəyanat yayıb

Gunaz.tv

GünAz TV: Rafiq Tağı dünən Bakıda «Qurd Qapısı»ndakı qəbiristanlıqda dəfn olunub. Dəfn mərasimində ailə üzvləri ilə yanaşı mərhumun dost və həmkarları da iştirak ediblər.

 

Noyabrın (November) 19-da bıçaqlanmış yazıçı Rafiq Tağı çərşənbə günü vəfat edib. Rafiq Tağı naməlum şəxs tərəfindən, gecə evinə dönərkən avtobus dayanacağında bıçaqlanmışdı.

 

ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatovic Azərbaycanlı yazıçı və köşə yazarı Tağının ölümünə görə çox təəssüfləndiyini deyib. O bu kimi halları “media və söz azadlığına zərbə” kimi qiymətləndirib: “Bu cinayətlər demokratiya naminə ən tez nəticəsini tapmalıdır. Ümid edirəm ki, Azərbaycan höküməti araşdırmanın nəticəli sonuna nail olacaq”.

 

“Yeni Nəsil” Jurnalistlər Birliyi də yazıçının vəfatı ilə əlaqədar bəyanat yayıb. Bəyanatda Tağının indiyə kimi öldürülən 10-cu jurnalist olduğu və ona olan “hücumun peşə fəaliyyəti ilə əlaqədar” olduğu bildirilir. Birliyin sədri Arif Əliyev BBC Azərbaycancaya dediyinə görə, o, yazıçıya hücumun xarici qüvvələrin və ölkələrin dəstəyi ilə təşkili ehtimalına inanır: “Lakin əmin deyiləm ki, bu mövcud siyasi vəziyyəti qarışdırmaq üçündür, yoxsa ki, sadəcə radikalların dini çıxışlara görə cavabıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar