SON XƏBƏRLƏR

İran saytı Rafiq Tağını Salman Rüşdiyə oxşatdı

2021.10.20, 07:36
İran saytı Rafiq Tağını Salman Rüşdiyə oxşatdı

Gunaz.tv

GünAz TV: İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) keçmiş komandanı (fərmandeh), hazırda İran İslam Respublikası (Cümhuriyyət) Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə bağlı olan “Tabnak.ir” saytı noyabrın (November) 24-də azərbaycanlı yazıçı Rafiq Tağıya qəsddən yazıb.

 

“Azərbaycan Respublikasının Salman Rüşdisi öldürüldü”  başlıqlı yazıda deyilir: “Rəsul əkrəmi (peyğəmbəri) təhqir etdiyi üçün Azərbaycan Respublikasında Salman Rüşdi adı ilə tanınan Rafiq Tağını dünən naməlum bir şəxs qətlə yetirdi. O, peyğəmbəri misilsiz təhqirlərinə görə Azərbaycan Respublikası əhalisinin nifrətinə məruz qalmışdı. Məhz buna görə də Azərbaycan əhalisi ayətullah Fazil Lənkəraniyə müraciət edərək onun haqqında rəyini soruşmuşdu. Həmin vaxt ayətullah Rafiq Tağını edama məhkum etmişdi”.

 

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb. Noyabrın 23-də yazıçı müalicə olunduğu 1 saylı xəstəxanada (Klinik Tibb Mərkəzi) vəfat edib.

 

Rafiq Tağı 2006-2007-ci illlərdə “Avropa və biz” məqaləsinə görə həbsdə yatıb. 2006-cı il noyabrın 22-də iranlı din xadimi ayətullah Mürtəza Bəni Fəzl yazıçı Rafiq Tağının ölümünə fitva verib. Noyabrın 30-da İranın daha bir din xadimi - ayətullah Məhəmməd Fazil Lənkərani Rafiq Tağının ölümünə fitva verib.

 

Salman Rüşdi Hindistan əsilli Böyük Britaniya yazıçısıdır. 1980-ci illərdə “Quran”dan bəhs edən “Şeytan ayələri” kitabına görə İranda onun ölümünə fitva verilib. Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar