SON XƏBƏRLƏR

Fransa Suriya Milli Şurasını tanıdı

2021.10.20, 07:36
Fransa Suriya Milli Şurasını tanıdı

Gunaz.tv

GünAz TV: Fransa hökuməti Suriyanın müxalifətçi Milli şurasını qanuni tərəfdaş sayır. Fransa XİN (xarici işlər nazirliyi) başçısı Alen Jüppe belə bir bəyanatla çıxış edib.

 

Onun sözlərinə görə, Fransa rəhbərliyi Milli şuranın başçısı Bürhan Qalyunla danışıqları davam etdirəcək.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Jüppe Milli şuranı Suriyadakı bütün müxalif qrupları birləşdirməyə çağırıb.

 

Nazir əlavə edib ki, Fransa Avropa İttifaqındakı müttəfiqlərinə Suriyada ehtiyacı olanlara yardım çatdırmaq üçün «humanitar (insani) dəhlizlər» yaratmağı təklif edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar