SON XƏBƏRLƏR

Urmu Gölünün səviyyəsi getdikcə aşağı düşür

2021.10.20, 07:36
Urmu Gölünün səviyyəsi getdikcə aşağı düşür

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan vilayətinin (ostan) Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejad bildirib ki, Urmu Gölündə suyun səviyyəsi ötənilki dövrlə müqayisədə daha 28 sm aşağı düşüb.

 

Onun sözlərinə görə, Urmu Gölünün qurumasının qarşısının alınması üçün indiyədək heç bir addım atılmayıb.

 

Qeyd edək ki, Urmu Gölünün ümumi sahəsi 5960 kvadrat kilometr (kilometr murəbbə), orta dərinliyi 5 m, ən dərin yeri isə 16 metrdir. Əsas su mənbələri isə Nazlıçay, Acıçay, Sofuçay, Cığatıçay və Tətovuçay çaylarıdır.

 

YUNESKO-nun təbii sərvətlər siyahısına daxil etdiyi gölün 102 adasında müxtəlif heyvanlar, o cümlədən 27 növ məməli heyvan, 41 növ sürünən, 7 növ suda-quruda yaşayan heyvan, 212 növ quş, suyun duzluluğuna dözə bilən 27 növ balıq yaşayır. Göldəki adaların birində məşhur sərkərdə Çingiz xanın nəvəsi Hülaku xanın qəbri yerləşir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar