SON XƏBƏRLƏR

Leyla Behruz tutuqlanıb və Təbrizin mərkəzi zindanına köçürülüb

2021.10.20, 07:36
Leyla Behruz tutuqlanıb və Təbrizin mərkəzi zindanına köçürülüb

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan vilayəti (ostan) kəndlərinin müəlliməsi xanım Leyla Behruz bir müddətdir həbsdədir.

 

O, noyabrın 3-dən (abanın 12-dən) həyat yoldaşı Behruz Fəridi və daha 2 tutuqlu (Arəş və Siyavuş Məhəmmədi) ilə birlikdə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin təcridxanasında saxlanılırdı.

 

GünAz TV mətbuat mərkəzinin HERANA-ya istinadən yaydığı məlumata görə, adını çəkdiyimiz azərbaycanlı qadın həyat yoldaşının ata evində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və Təbriz ETTELAATının təcridxanasında 15 gün saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanına köçürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar