SON XƏBƏRLƏR

Səid Nəimi zindandan həyat yoldaşına ürək sözlərini yazıb

2021.10.20, 07:36
Səid Nəimi zindandan həyat yoldaşına ürək sözlərini yazıb

Gunaz.tv

GünAz TV: Hazırda Təbriz zindanında məhbus həyatı yaşayan azərbaycanlı fəal Səid Nəimi, ailə qurduğu günün ildönümü münasibəti ilə həyat yoldaşı xanım Səidə İslamiyə yazdığı bir şeiri göndərib.

 

Səid Nəimi artıq 200 gündür tutuqlanıb. O, Kərəc şəhərində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və hələdə həbsdədir.

 

Onun vəkillərinin verdiyi məlumata görə, Nəimi bu yaxınlarda buraxılmayacaq. Hakim Yusifi qeyd edib ki, idarə işlərinin çox olduğu səbəbindən onun dosyesinə dekabrın 29-na (deyin 8-nə) qədər baxılmayacaq.

 

Aşağıda sözü gedən şeiri oxuya bilərsiniz:

 

Bu dünyanı unudaram

Gülüm sənin qucağında

Lal olaydı dinməyəydi

Dilim sənin qucanğında

 

Tapsa bizi qəzo‘v-qədər

Ömrüm günüm keçsə hədər

Xoşdur mənə çəksəm əgər

Zülüm sənin qucağında

 

Ya vədini bu yaza ver

Ya bəhməni güdaza ver

Heç olmasa icazə ver

Ölüm sənin qucağında

 

Nazım səni çox sevirəm, darıxma bu günlər keçəcək və şadlıqla birgə yaşayacayıq. Öpürəm min dəfə

Təbriz Zindanı

Səid 90/06/17

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar