SON XƏBƏRLƏR

ETTELAAT daha bir azərbaycanlı fəalın iş yerini qapadıb

2021.10.20, 07:36
ETTELAAT daha bir azərbaycanlı fəalın iş yerini qapadıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Əli Lütfipur Təbrizdəki “Nikan” ticarət mərkəzində (pasaj) yerləşən iş yerini açmağa nail ola bilmir.

 

Lütfipur, mağazasını açmaq üçün bütün səlahiyyətli orqanlara müraciət etsədə, 2 ay öncə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) tərəfindən qapadılmış mağazanın açılması hələki mümkün olmayıb.

 

Qeyd edək ki, sözü gedən mağaza “Qaya qrupu”nun müdiri Əlirza Hüseynzadənin toy mərasimini videokameraya (durbin-i filmbərdari)  çəkdiyi üçün qapadılmışdır.

 

Xatırladaq ki, ETTELAATın milli-mədəni fəalların iş yerlərini qapatması, nə qədər mühüm olsada artıq adi hala çevirilibdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar