SON XƏBƏRLƏR

“Traxtur-Şəhrdari” müsabiqəsində tutuqlanan 12 nəfərin ittihamlarına baxılıb

2021.10.20, 07:36
“Traxtur-Şəhrdari” müsabiqəsində tutuqlanan 12 nəfərin ittihamlarına baxılıb

Gunaz.tv

GünAz TV: Təbrizdə “Traxtur-Şəhrdari” müsabiqəsində tutuqlanan daha 12 nəfər soydaşımızın ittihamlarına baxılıb. Onlar ümumi asayişi pozmaqda günahlandırılır.

 

Noyabrın 21-də (abanın 30-da) keçirilən məhkəmə iclası hakim Həqiqinin sədrliyi ilə baş tutub. Müttəhimlər irəli sürülən ittihama qarşı özlərini müdafiə ediblər.

 

Xatırladaq ki, Əmin Kutahi, Vəhid Fərdisi, Həmid Qurbanəlizadə, Behnam Əlizadə, Yaşar Abbasi və Haşim Mahmudi daha 6 nəfərlə birlikdə avqustun 25-də (şəhrivərin 3-də) “Traxtur-Şəhrdari” futbol müsabiqəsi zamanı tutulmuşdular. Onlar, Urmu gölünün qurudulmasına qarşı etiraz şüarları səsləndirib və stadionun (stadyom) qapısına simvolik olaraq su butulkaları (botri) qoymuşdular.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar