SON XƏBƏRLƏR

“Şəhrdari” takımı “Neft”i məğlubiyyətə uğratdı

2021.10.20, 07:36
“Şəhrdari” takımı “Neft”i məğlubiyyətə uğratdı

Gunaz.tv

GünAv TV:   Abadanın Təxti stadionunda (stadyom) Təbrizin “Şəhrdari” futbol takımı (tim) ilə Abadanın “Neft” takımı arasında keçirilən müsabiqə bu dəqiqələrdə sona çatdı. 

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 14-cü həftəsində keçirilən müsabiqədə “Şəhrdarı” tərəfindən qarşı takımın darvazasına 2 qol vurdu.

 

Qollar 14-cü dəqiqədə Meysəm Bau və 39-cu dəqiqədə Cəfər Bəzri tərəfindən vuruldu.

 

Bununlada təxminən 10000 nəfər tamaşaçının izlədiyi müsabiqə (2 – 0) hesabı ilə “Şəhrdari”nin xeyirinə yekunlaşıb.

 

Sonda “Traxtur” tərəfdarlarının diqqətinə çatdıraq ki, sabah Təbrizin səhənd stadionunda “Traxtur”la “Rahahən” takımları arasında yarış keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar