SON XƏBƏRLƏR

Qondarma erməni soyqırımı məsələsi yenidən Fransa parlamentində

2021.10.20, 07:36
Qondarma erməni soyqırımı məsələsi yenidən Fransa parlamentində

Gunaz.tv

GünAz TV: Fransanın Sosialist partiyasının Clamart şəhərindən olan senatoru, erməni əsilli Filip Kaltenbex "Erməni soyqırımının inkarına cəza" adlı qanun layihəsini yenidən Senatın müzakirəsinə çıxarıb.

 

Senator uzun illərdir ki, məsələ ilə bağlı lobbiçiliklə də məşğul olur. Filip Kaltenbex öz bloqunda bildirir ki, artıq Fransa Senatı sosialistlərin əlinə keçib. Sosialist partiyasının rəhbəri və prezident Nikola Sarkozinin də layihəni dəstəklədiyini qeyd edən senator "Fransada erməni soyqırımının hər inkarı respublika (cümhuriyyət) dəyərlərinə vurulan bir zərbədir"-sözlərini yazıb.

 

Qeyd edək ki, Fransa parlamenti  qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırlıması barədə qanun layihəsini 2006-cı ildə qəbul edərək Senata göndərib. Senat 2011-ci il mayın (may) 4-də layihənin ölkə konstitusiyasına (anayasa) zidd olduğunu əsas gətirərək sənədi qanuniləşdirməyib. Erməni əsilli fransız siyasətçilər artıq 7-ci dəfədir ki, anoloji (oxşar) layihəni Senatdan keçirməyə cəhd göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar