SON XƏBƏRLƏR

Suriyaya qarşı daha bir qətnamə qəbul edildi

2021.10.20, 07:36
Suriyaya qarşı daha bir qətnamə qəbul edildi

Gunaz.tv

GünAz TV: BMT-nin Baş Assambleyasının (Birləşmiş Millətlər Təşkilatının Gənək Qurumu) insan hüquqları komitəsi Suriyada müxalifətin nümayişlərinin dağıdılması zamanı insan tələfatını kəskin qınayan qətnaməni təsdiq edib.

 

BMT-nin qətnaməsi rəsmi Dəməşqi Ərəb Liqasının (ərəb ittihadiyyəsi) regionda (bölgədə) vəziyyəti monitorinq (izləmə, nəzarət) etmək üçün müşahidəçiər göndərilməsinə dair təşəbbüslərini yerinə yetirməyə çağırır. Suriyanın təşkilatda üzvlüyünü dayandıran Ərəb Liqası böhranı müzakirə etmək üçün cümə axşamı iclas keçirməyi planlaşdırır (tərhini tökür).

 

Amnesty International təşkilatı BMT-nin komitəsində qətnamənin səsə qoyulmasını alqışlayıb. BMT səkkiz ay bundan əvvəl nümayişlər başlayandan Suriya hökumətinin nümayişləri dağıtması nəticəsində 3 min 500 insanın həlak olduğunu bildirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar