SON XƏBƏRLƏR

“Xocalıya ədalət” kampaniyası çərçivəsində bir milyon imza toplanacaq

2021.10.20, 07:36
“Xocalıya ədalət” kampaniyası çərçivəsində bir milyon imza toplanacaq

Gunaz.tv

GünAz TV: “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində 2012-ci ildə bir milyona yaxın imza toplanacaq.

 

Bu barədə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Baş katibi Elşad İsgəndərov bildirib.

Onun sözlərinə görə, DƏ-İKGF tərəfindən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində soyqırımın 20-ci ildönümü ilə bağlı gələn il silsilə tədbirlər həyata keçiriləcək. Kampaniya çərçivəsində beynəlxalq ictimaiyyətə faciə ilə bağlı sənədli filmin təqdim olunması və 50-dək xarici ölkədə kütləvi aksiyaların (göstəri, yürüş) keçirilməsi planlaşdırılır (tərhi tökülür).

 

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 57 ölkədən 51-nin DƏ-İKGF-nin də üzvü olduğunu deyən E.İsgəndərov bildirib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Forum bir sıra proqramlar həyata keçirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar