SON XƏBƏRLƏR

Libidə yeni hökumət quruldu

2021.10.20, 07:36
Libidə yeni hökumət quruldu

Gunaz.tv

GünAz TV: Liviyanın (Libi) yeni baş naziri Əbdül Rəhim əl-Kib ölkənin müvəqqəti hökumətinin tərkibini elan edib.

 

“Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə, hökumətin tərkibinə vətəndaş müharibəsində iştirak edən iki səhra komandiri (fərmandeh) salınıb. Misuratada qoşunlara rəhbərlik edən Fəvzi Abdelal daxili işlər naziri təyin edilib. Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafini həbs edən Üsamə əl-Cuvali isə müdafiə naziri postunu tutub.

 

Bundan əlavə, xarici işlər naziri postu Aşur bin Xəyal, maliyyə naziri postu keçmiş neft naziri Əli Tərxuni, neft naziri postu isə Həsən Ziqlama tapşırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar