SON XƏBƏRLƏR

Misir hökuməti razılaşdı

2021.10.20, 07:36
Misir hökuməti razılaşdı

Gunaz.tv

GünAz TV: Feldmarşal Hüseyn Tantavinin başçılıq etdiyi Misir Ali Hərbi Şurası hökuməti təhvil verməyə razılaşıb.

 

Bu barədə adının çəkilməsini istəməyən siyasətçilərdən biri bildirib.

 

Generallar prezident seçkilərini əvvəllər nəzərdə tutulduğu kimi 2012-ci ilin sonu – 2013-cü ilin əvvəlində deyil, 2012-ci ilin iyuluna (July) kimi keçirməyə razı olublar. Parlament seçkiləri isə əvvəlcədən nəzərdə tutulduğu kimi 2011-ci il noyabrın (November) 28-də başlayacaq və bir neçə mərhələdə keçiriləcək. Bu barədə Lent.az “Reuters”ə istinadən xəbər yayıb.

 

Müvafiq razılaşmalar noyabrın 22-də Qahirədə Misir ordusunun Baş Qərargah rəisi Sami Anan və siyasi partiyaların nümayəndələri arasında keçirilən danışıqlarda əldə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar