SON XƏBƏRLƏR

Moskva İran əleyhinə sanksiyalara (təhrim) etiraz edib

2021.10.20, 07:36
Moskva İran əleyhinə sanksiyalara (təhrim) etiraz edib

Gunaz.tv

GünAz TV: Rusiya ABŞ (Amerika Birləşmiş Ştatları), Britaniya və Kanadanın İrana dair yeni sanksiyalarını (təhrim) beynəlxalq qaydalara zidd adlandırıb.

Moskvaya görə sanksiyaların sərtləşməsi İranın bank və neft sektorunda (bəxş, bölüm) işləyən xarici şirkətlərin maraqlarına zərbə ola bilər.

Noyabrın (November) 21-də Britaniya, ABŞ və Kanada İranın bank və neft sektoru ilə əlaqələrini kəsərək, bu yolla İslam Respublikasına (Cümhuriyyət) beynəlxalq təzyiqlərini artırıblar.

Britaniya İran bankları ilə bütün əlaqələrin kəsildiyini elan edib.

Kanada Tehrana neft və qaz sənayesi texnologiyalarının (teknoloji) ixracını yasaqlayıb.

ABŞ isə İran neft-kimya sahəsində işləyən şirkətlərinin “qara siyahısını" tutub.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) son hesabatında deyilir, Beynəlxalq Atom Energetikası Agentliyinin ekspertləri (karşünas) İranın nüvə silahı əldə etmək cəhdlərinə dəlalət edən sübutlar aşkar ediblər.

Tehran öz proqramının yalnız sülh təyinatlı olduğunu bildirir.

BMT Təhlükəsizik Şurası İrana qarşı artıq 4 qətnamə qəbul edib.

ABŞ və bəzi qərb ölkələri İrana qarşı daha sərt addımlara çağırırlar.

Lakin Rusiya ilə Çin sanksiyalara etiraz edir. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar