SON XƏBƏRLƏR

İlqar Kərimi Təbriz zindanına qayıdıb

2021.10.20, 07:36
İlqar Kərimi Təbriz zindanına qayıdıb

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal İlqar Kərimi 5 günlük məzuniyyətdən (murəxəsi) sonra Təbrizin mərkəzi zindanına qayıdıb.

 

Kərimi noyabrın 17-i (abanın 26-ı) mülki vəsiqə qarşılığında məzuniyyətə buraxılıb və dekabrın 21-də (abanın 30-da) zindana dönüb. O, zindanın yeni yaradılmış bölümünün (bənd) pis şəraitindən dolayı ağır qrip (anfulanza) olduğu səbəbindən məzuniyyətə buraxılmışdır.

 

Qeyd edək ki, mühəndis İlqar Kərimi 4 ay həbs qərarının, artıq 3 ayını geridə qoyub. O, 1 ay sonra azadlığa buraxılmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar