SON XƏBƏRLƏR

Qərb ölkələrindən İrana qarşı sanksiya seli...

2021.10.20, 07:36
Qərb ölkələrindən İrana qarşı sanksiya seli...

Gunaz.tv

GünAz TV: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) İranın atom proqramı ilə bağlı qərarından sonra İngiltərə, Fransa və Kanada bu ölkəyə qarşı yeni sanksiyalar (təhrim) tətbiq edib.

 

Hərbiand.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, İngiltərə İranın Mərkəzi Bankı da daxil olmaqla, bu ölkənin bütün maliyyə qurumları ilə əməliyyatların dayandırılması barədə qərar qəbul edib. Lakin İngiltərə İrana neft ixracı ilə bağlı sanksiya tətbiq etməyib.

 

Bu arada Fransa İran Mərkəzi Bankı ilə əməliyyatların dayandırılması, İrandan neft alınmasının dayandırılması tövsiyəsini verib.

 

Kanada isə İrana neft-kimya, neft və qaz sektorunda (bəxş, bölüm)  istifadə edilən bütün sənaye məhsullarının ixracına qadağa qoyub. Lakin Kanadada yaşayan iranlıların ölkələrinə pul göndərilməsi qadağan olunmayıb.

 

Bu gecə ABŞ-ın (Amerika Birləşmiş Ştatları) da İrana qarşı yeni sanksiyalar qəbul etdiyi məlum olub. Yeni sanksiyalar İranın neft-kimya və enerji sektorunu əhatə edir. Sanksiyalar İrana neft-qaz axtarışında və hasilatında yardım göstərən bütün fiziki və hüquqi şəxslərə də şamil olunub. ABŞ Maliyyə Nazirliyi İranın atom proqramı ilə əlaqəli olan 11 şirkət və fiziki şəxsi qara siyahıya salıb. ABŞ İranın Mərkəzi Bankına qarşı sanksiyaları hələ təxirə salıb. Lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar