SON XƏBƏRLƏR

Misirdə “Təhrir” meydanı yenə qana boyandı

2021.10.20, 07:36
Misirdə “Təhrir” meydanı yenə qana boyandı

Gunaz.tv

GünAz TV: Qahirənin “Təhrir” meydanında keçirilən aksiyada (yürüş) ölənlərin sayı artmaqdadır. Son məlumatlara əsasən, qarşıdurmalarda 33 nəfər həlak olub.

 

Şahidlər isə yüzlərlə nümayişçinin öldürüldüyünü bildirir. Onlar “Təhrir” meydanına aparan Məhəmməd Mahmud küçəsinin döyüş meydanına çevrildiyini deyir.

 

GünAz TV mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Yaralıların sayı 1700 nəfərə çatıb. Onların əksəriyyəti sınıq xəsarətlərilə xəstəxanalara yerləşdirilib. Bəzi yaralılar isə həbs olunacaqlarından ehtiyatlanaraq həkimlərə müraciət etmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar