SON XƏBƏRLƏR

Fransa prezidenti İrana qarşı sərt sanksiyalar tələb edir

2021.10.20, 07:36
Fransa prezidenti İrana qarşı sərt sanksiyalar tələb edir

Gunaz.tv

GünAz TV: Fransa öz tərəfdaşlarından İrana qarşı sanksiyaların (təhrim)  geniş miqyasda sərtləşdirilməsini tələb edir.

 

Gün.Az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, Paris Beynəlxalq Atom Energetikası Agentliyinin (MAQATE) İslam Cümhuriyyətinin nüvə proqramı ilə bağlı narahatlığı ilə əlaqədar, İran Mərkəzi Bankının aktivlərinin dərhal dondurulması və İran neftinin alınmasının dayandırılmasına təkid edir.

 

Fransa prezidenti Nikolya Sarkozinin müvafiq çağırışın əksini tapdığı məktub tərəfdaş ölkələrə - ABŞ (Amerika Birləşmiş Ştatlari), Kanada, Yaponiya, Böyük Britaniya və Almaniyaya, eləcə də Avropa Komissiyası və Avropa Şurasına da göndərilib.

 

“İran öz nüvə proqramını inkişaf etdirdiyi və danışıqlardan imtina edərək, öz xalqını təcridə məruz qoyduğu üçün Fransa İranı danışıqların və nüvə tədqiqatlarından imtinanın zəruriliyinə inandırmaq üçün geniş miqyasda yeni sanksiyaların tətbiqini tələb edir” – deyə, sənəddə qeyd olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar