SON XƏBƏRLƏR

Vaşinqton İrana qarşı yeni sanksiyalar (təhrim) tətbiq edib

2021.10.20, 07:36
Vaşinqton İrana qarşı yeni sanksiyalar (təhrim) tətbiq edib

Gunaz.tv

GünAz TV: ABŞ Administrasiyası (Amerika Birləşmiş Ştatlarının hökuməti) İranın neft-kimya sektoru (bəxş, bölüm) ilə əlaqədar 11 şirkət və özəl şəxslərə qarşı sanksiyalar (təhrim) tətbiq edib.

Bu barədə ABŞ prezidenti Barak Obamanın bəyanatında deyilir.

“Mənim administrasiyam İranın öz hərəkətlərinə görə ödədiyi qiymətin artırılması üzrə addımlar atıb. Yeni sanksiyalar ilk dəfə olaraq İranın neft-kimya sektoruna qarşı yönəlib və sanksiyalar bu sahənin mallar, xidmətlər və texnologiyalarla (teknoloji) təchizatına qadağa qoyur, həmçinin belə fəaliyyətə cəlb olunacaq istənilən şəxsi cəzalandırır” – deyə Obamanın bəyanatında deyilir.

Bəyanatda, həmçinin vurğulanır ki, beləliklə, “enerji sektoruna qarşı sanksiyalar genişləndirilir və İranın öz neft-qaz sektorunu dəstəkləməsi və müasirləşdirməsi çətinləşdirilir”. 

Obama sanksiyalara “uranın zənginləşdirilməsi də daxil olmaqla, İranın qadağan olunmuş nüvə proqramlarının realizəsində bu ölkəyə kömək etməkdə rol oynayan 11 şirkər və özəl şəxs və şirkət” məruz qalıb. 

“Bundan başqa, biz ilk dəfə İran Mərkəzi Bankı da daxil olmaqla, İranın bütün bank sektorunu onunla  əməkdaşlıq edən hökumətlər və maliyyə institutlarına təhdid kimi müəyyənləşdirərək, əhəmiyyətli addım atdıq” – deyə, Obama qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar