SON XƏBƏRLƏR

Yəmən ordusu yenidən parçalanır

2021.10.20, 07:36
Yəmən ordusu yenidən parçalanır

Gunaz.tv

GünAz TV: Yəmən ordusunun 400-dən çox hərbçisi Əli Əkbər Salehə müxalif olan qüvvələrin tərəfinə keçib.

 

Onlar silahsız nümayişçilərə atəş açmayacaqlarını, öz həyatları bahasına nümayişçiləri müdafiə edəcəklərini bəyan ediblər. 400 əsgər antiSaleh etiraz aksiyasına (yürüş) qatılan on minlərlə nümayişçinin önünü kəsərək saatlarla dayandıqdan sonra bu qərarı veriblər.

 

GünAz TV mətbuat mərkəzinin “Azadlıq qəzeti”nə istinadən yaydığı məlumata görə, Paytaxt Sənanın “Dəyişiklilklər meydanı”nda aksiyaları təşkil müxalif fəallar son 1 ay ərzində hökumət qüvvələri tərəfindən onlarla silahsız gəncin öldürüldüyünü bildiriblər.

 

Ordudan uzaqlaşaraq nümayişçilərin tərəfinə keçən əsgərlər general Möhsün Əhmərin hərbi bazasında (payqah) yerləşiblər. General özü mart (March) ayında hökumət qüvvələrindən ayrılaraq, etirazçıların tərəfinə keçmişdi.

 

Ordudan uzaqlaşan əsgərlərin əksəriyyəti Salehin böyük oğlunun komandanlıq (fərmandehlik) etdiyi “Cümhuriyyət Mühafizəçiləri” qüvvələrinin üzvləridir. 80 min hərbçisi olan “Cümhuriyyət Mühafizəçiləri” ölkədə ən güclü hərbi qüvvə hesab edilir.

 

Əli Abdulla Salehi isə müxalifət qüvvələrini yol kəsən quldurlar” adlandırıb və onların tərəfinə keçən hərbçilərin keçmişin bir parçası olduqlarını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar