SON XƏBƏRLƏR

İran saytları Azərbaycan Bayrağı daşıyan "Traxtur" tərəfdarlarını "Bölücülər" adlandırıblar

2021.10.20, 07:36
İran saytları Azərbaycan Bayrağı daşıyan "Traxtur" tərəfdarlarını "Bölücülər" adlandırıblar

Gunaz.tv

GünAz TV: İranda hökumətpərəst internet saytları futbol müsabiqəsində Türkiyə və Azərbaycan simvolları olan maykalar (tişert) geymiş azərbaycanlıları "separatçılar" (bölücülər) adlandırıblar.

 

Təbrizin “Traxtur” və Şiraz şəhərinin “Fəcr-e Sepasi” takımları (tim) arasında keçirilən oyun zamanı çəkilmiş fotolarda bəzi futbol tamaşaçılarının Türkiyə bayrağı nəqş olunmuş maykalar geydiyi, bəzilərinin də əllərində Azərbaycan bayraqları tutduğu təsvir olunur.

 

Hökumət tərəfdarı olan Rajanews internet saytında xəbər "Fəcr-Traxtor müsabiqəsinə separatçı simvollarla qatıldılar" başlığı ilə dərc olunub.

 

Xəbərdə "təəssüf ki, bu insanlar digər tamaşaçılara da nümunə olaraq, digər şəhərlərin stadionlarında (stadyom) da bir çox separatçı şüarlar qışqırıblar".

 

Yazıda həmçinin deyilir: "Pan-türkist ideyaları yayan bu liderlər öz sapdırıcı məqsədləri naminə vəziyyəti öz xeyrinə istifadə etmək üçün əllərindən gələni ediblər "

 

Eyni fotolar bənzər ifadələrlə bir çox hökumətpərəst saytda yer alıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar