SON XƏBƏRLƏR

İranda partlayışda ölən generalın qardaşı sirri ifşa etdi

2021.10.20, 07:36
İranda partlayışda ölən generalın qardaşı sirri ifşa etdi

Gunaz.tv

GünAz TV: İranda baş verən müəmmalı partlayışın səbəbləri açıqlanıb. Məlum olduğu kimi, İran hərbi bazasında (payqah) xüsusi ballistik raketin sınağı zamanı partlayış olmuşdu.

 

ANS PRESS-in "Now Lebanon"a istinadən verdiyi məlumata görə, həmin partlayışda həlak olmuş general Tehrani Muqəddəmin qardaşı Həsən Muqəddəm bildirib ki, onun qardaşı yekunlaşmaqda olan (son mərhələdə olan) yüksək texnoloji və olduqca məxfi layihə üzərində işləyirmiş. Həsən Muqəddəmin sözlərinə görə, qardaşının ölümünə baxmayaraq, layihə uğurla başa çatdırılıb.

 

Qeyd edək ki, hələlik rəsmi İran H.Muqəddəmin dediklərinə heç bir şərh verməyib. Xatırladaq ki, noyabrın (November) 12-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) bazasında sirli partlayış baş vermişdi. Müxtəlif məlumatlara görə, hadisə nəticəsində 20 nəfərdən 36 nəfərə kimi insan həlak olmuşdu. Ölənlər arasında İranın müdafiə sahəsinin qaymaqlarından sayılan general Tehrani Muqəddəm də olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar