SON XƏBƏRLƏR

Yeni tutuqlanmış Davud Xudakərəmidən heç bir xəbər yoxdur

2021.10.20, 07:36
Yeni tutuqlanmış Davud Xudakərəmidən heç bir xəbər yoxdur

Gunaz.tv

GünAz TV: Noyabrın 18-i (abanın 27-i) Zəncanda ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanan azərbaycanlı fəal barədə heç bir məlumat yoxdur.

 

Xudakərəminin ailə üzvləri bildiriblər ki, onlar neçə gündür müxtəlif səlahiyyətli təhlükəsizlik orqanlarına müraciət ediblər. Ancaq Xudakərəminin vəziyyəti və harda saxlanıldığı barədə heç bir məlumat əldə edə bilməyiblər.

 

Zəncanlı jurnalist və milli-mədəni fəalın barəsində bütün məlumat, onun bir neçə saniyyəlik telefon əlaqəsindən ibarətdir.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəalın azadlığı uğrunda fəaliyyət göstərəcək Veblaq yaradılıb. Onun barəsində məlumatı davamlı olaraq bu Veblaqdan izləyə bilərsiniz.

http://davudkhodakarami.blogfa.com/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar