SON XƏBƏRLƏR

Ərdəbildə öyrəncilər universitetin təhlükəsizlik bölümünə çağırılıblar

2021.10.20, 07:36
Ərdəbildə öyrəncilər universitetin təhlükəsizlik bölümünə çağırılıblar

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində mühəqqiq universitetinin bir qrup öyrəncisi universitetin təhlükəsizlik bölümünə (hərasət) çağırılıblar.

 

Öyrəncilər universitetə aid dərginin 33-cü sayısında, Urmu Gölü ilə bağlı keçirilən etirazları Yəhudilər və Türkiyənin pantürküstləri hesab etdiyi “Xam Xəyal” adlı yazının dərc olunması və “Traxtur” futbol takımı tərəfdarlarını pantürkist adlandırılmasına etiraz ediblər.

 

Öyrəncilər imza toplayaraq qeyd etdiyimiz dərginin ittiham və şantajlarına baxılmasını tələb ediblər.

 

Universitet məsulları isə bu şikayətə baxmaq yerinə, imza sahiblərini universitetin təhlükəsizlik bölümünə çağırıblar. Onlar bununla öyrənciləri Azərbaycanın milli hüquqları uğrunda hər hansı bir fəaliyyətdən uzaq tutmağa çalışırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar