SON XƏBƏRLƏR

Misir hökuməti istefa verib; Hərbi rəhbərlik isə istefanı qəbul etmir

2021.10.20, 07:36
Misir hökuməti istefa verib; Hərbi rəhbərlik isə istefanı qəbul etmir

Gunaz.tv

GünAz TV: Baş nazir İsam Şərifin rəhbərllik etdiyi Misir hökuməti "Təhrir" meydanında baş verən etirazlar zəminində istefa verib.

Lakin hərbi qüvvələrin Ali Şurası istefanı qəbul etmir.  Məlumatı Misirin "Əl-Məsri əl-Yaum" qəzeti yayıb.

 

Hərbi rəhbərlik hökumətin fəaliyyətini seçkilərə qədər davam etdirməsini istəyib. Bunun müqabilində isə hərbçilər "Təhrir" meydanında baş verən hadisələrin ədalətli araşdırılacağını vəd edib. 5 saat davam edən danışıqlardan sonra Mədəniyyət naziri İmam Əbu Qazi istisna olmaqla hökumətin digər üzvləri səlahiyyətlərinin icrasını davam etdirmək qərarına gəlib.

 

Qeyd edək ki, Misirdə parlament seçkiləri noyabrın (November) 28-ə təyin olunub. Məhz parlament seçkilərindən sonra hökumətin tam tərkibdə istefaya gedəcəyi bildirlir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar