SON XƏBƏRLƏR

Suriyada hakim partiyanın qərərgahını atəşə tutublar

2021.10.20, 07:36
Suriyada hakim partiyanın qərərgahını atəşə tutublar

Gunaz.tv

GünAz TV: Suriyanın paytaxtı Dəməşqdə hakim Bəəs partiyasının qərərgahı qumbaraatanlardan atəşə tutulub.

Bu barədə şahidlər xəbər verirlər.

İtki və ya xəsarət alanlar barədə hələlik məlumat verilmir.

Bu martda (March) ixtişaşlar başlayandan bu yana ölkədə baş verən ilk belə hadisədir.

Ölkədə polislə müxalifət tərəfdarları arasında toqquşmalar davam edir.

Şənbə günü azı daha 15 adamın öldürüldüyü xəbər verilir.

Qan tökülməsinin dayandırılmasıyla bağlı Ərəb Dövlətləri Liqası (ərəb ittihadiyyəsi) ölkələrinin Suriya hakimiyyətinə verdiyi vaxt dünən başa çatıb.

 Prezident Bəşar Əsəd bu ərəfədə Britaniyanın “The Sunday Times” qəzetinə müsahibəsində beynəlxalq təzyiqlərə boyun əyməyəcəyini, xaricdən müdaxilə olacağı halda isə ölüməcən mübarizə aparmağa hazır olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar