SON XƏBƏRLƏR

İranın Ərdəkan şəhərində daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Ərdəkan şəhərində daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş daha 1 nəfər edam edilib. Hadisə üç gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, üç il əvvəl bir avtomobili oğurlarkən baş vermiş davada qətl törədən 43 yaşlı müttəhim Səmi Möhtərəmi, noyabrın 3-ü sübh saatlarında İranın Ərdəkan şəhərinin zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar