SON XƏBƏRLƏR

İranda “Etimad” qəzeti qapadıldı

2021.10.20, 07:36
İranda “Etimad” qəzeti qapadıldı

Gunaz.tv

GünAz TV: İran Mədəniyyət və İslami İrşad Nazirliyi “Etimad” qəzetinin nəşrinə qadağa qoyub.  

 

Bu barədə mətbu orqanın baş redaktoru (sərdəbir) İlyas Həzrəti bildirib. Onun sözlərinə görə, Tehran vilayətinin (ostan) prokuroru (dadistan) qəzeti yalan xəbərlər yaymaqda, dövlət məmurlarına iftira atmaqda günahlandıraraq, İran Mədəniyyət və İslami İrşad Nazirliyinə yazılı müraciət edib. Nazirlik də müraciəti nəzərə alaraq qəzetin nəşrini dayandırıb.

 

Qeyd edək ki, İranda islahatçı qüvvələrə yaxın sayılan qəzetin qapadılmasına ölkə prezidenti Mahmud Əhmədinejadın mətbuat məsələləri üzrə müşaviri, İRNA agentliyinin icraçı direktoru Əli Əkbər Cavanfikirin müsahibəsinin dərc edilməsi ehtimal olunur.

 

Əli Əkbər Cavanfikir həmin müsahibəsində İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin tərəfdarlarına qarşı kəskin ittihamlar səsləndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar