SON XƏBƏRLƏR

İran əzələ göstərir

2021.10.20, 07:36
İran əzələ göstərir

Gunaz.tv

GünAz TV: İran ordusu müdafiə hazırlığını təkmilləşdirmək üçün ölkənin şərqində hərbi təlimlər keçirir.

 

“Samen ol-Hocəc döyüş oyunları” adlandırılan təlimlər noyabrın (November) 18-də başlayıb və ölkənin şərqində 800 min kvadrat kilometr (kilometr murəbbə) ərazini əhatə edir. Hərbi təlimlərin birinci mərhələsində silahlı qüvvələrin havadan müdafiə hərbi hissələri əvvəlcədən müəyyənləşdirilmiş ərazilərdə yerləşdirilib.

 

Hərbi təlimlərdə İran silahlı qüvvələrinin döyüş, kəşfiyyat və əməliyyat diviziyaları (bölmə) ilə yanaşı, passiv müdafiə hərbi hissələri də iştirak edir. Təlimlərin ilkin mərhələsində hərbi hissələrin birinci və ikinci dərəcəli komanda (tim, qrup) mərkəzləri, passiv müdafiə prinsipləri (əsl, ilkə), taktik və çevik reaksiya (əksüləməl) diviziyaları yaratmaq qabiliyyəti qimətləndirilir. Xatəm əl-Ənbiyə havadan müdafiə bazası (payqah) tərəfindən idarə edilən təlimlərdə həmçinin hərbi qüvvələrin hazırlıq dərəcəsi yoxlanılacaq, onların malik olduğu təchizatın əməliyyat imkanları təkmilləşdiriləcək. İran dəfələrlə hərbi təlimlərin başqa ölkələr üçün təhlükə törətmədiyini, müdafiə doktrinasının özünümüdafiəyə əsaslandığını bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar