SON XƏBƏRLƏR

Davud Xudakərəminin azadlığa buraxılması uğrunda fəaliyyət göstərəcək Veblaq açılıb

2021.10.20, 07:36
Davud Xudakərəminin azadlığa buraxılması uğrunda fəaliyyət göstərəcək Veblaq açılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal və jurnalist Davud Xudakərəmi noyabrın 18-i (abanın 27-si) Zəncanın avtovağzalında (terminal) gözlənilmədən yoxa çıxmışdı.

 

Bundan öncədə dəfələrlə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) tərəfindən təhdid edilən Xudakərəmi, öz ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Zəncan ETTELAATının təcridxanasında olduğunu bildirib.

 

Qeyd edək ki, Xudakərəmi noyabrın 18-də “Bayram” aylıq dərgisini Azərbaycanın müxtəlif şəhərlərinə göndərmək üçün avtovağzala gedibdir.

 

Artıq adını çəkdiyimiz azərbaycanlı fəalın azalığı uğrunda fəaliyyət göstərəcək Veblaqda yaradılıb:

http://davudkhodakarami.blogfa.com/

 

Xatırladaq ki, Xudakərəmi türk və fars dillərində bir çox məqalənin müəllifidir. O, keçmişdə milli-mədəni zəmində etdiyi fəaliyyətlərə görə, Zəncan universitetindən uzaqlaşdırılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar